Azərbaycan Prezidenti El-Salvadorun yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.
“TV1” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.