media-1200x100

 Azərbaycan Serbiyaya qaz tədarükünü artıra bilər - RƏSMİ

media-ads_728_90

Yaxın gələcəkdə Azərbaycan qazının Serbiyaya tədarük həcmi artırıla bilər, hazırda tərəflər bu məsələni müzakirə edirlər.

“TV1” xəbər verir ki, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

“Azərbaycan qazının Serbiyaya tədarükünə bu il başlanılıb və bu ölkəyə artıq 26 milyon kubmetrdən çox qaz göndərilib. Hazırda tədarük həcminin artırılmasına dair müzakirələr aparılır. Ümid edirəm ki, bu imkanlar yaxın gələcəkdə reallaşacaq”, – S.Babayev bildirib.

media-ads_728_90
Paylaş