Azərbaycan və Çin XİN rəhbərləri Pekində görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pekindən Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Ceyhun Bayramovun səfəri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının güclü impulsunu, siyasi dialoq və əməkdaşlığın dərinləşdirilməsinə ortaq öhdəliyi əks etdirir.








