Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin gələn il imzalanacağını gözləyirik - Hakan Fidan

media-ads_728_90

“Azərbaycan və Ermənistan arasında yekun saziş imzalanan kimi, Türkiyə də Ermənistanla münasibətləri sürətlə normallaşdıracaq”.

“TV1” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda çıxışında bildirib.

O bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin gələn ilin birinci yarısında imzalanacağını gözləyir.

 

media-ads_728_90
Paylaş