Azərbaycan və İsrail arasında təyyarə reysləri artırılacaq - NAZİR

media-ads_728_90

2025-ci ildə İsraildən Azərbaycana gələn turistlərin sayı 2024-cü illə müqayisədə 2 dəfə artıb.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail Dövlətinin xarici işlər naziri Gideon Moşe Saarla birgə keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında hazırda 20 reys mövcuddur.

“Danışıqların nəticələrindən asılı olaraq həmin sayın artırılması gözlənilir”, – deyə nazir qeyd edib.

media-ads_728_90
Paylaş