media-1200x100

Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığa dair məsələlər müzakirə olunub

media-ads_728_90

Oktyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

“TV1” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.

Hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli gündəliyin bütün məsələləri üzrə fəal birgə işi davam etdirməyə qarşılıqlı hazırlğı təsdiq ediblər.

media-ads_728_90
Paylaş