İsrailin şimalında sursat partlayıb - 20 nəfər xəsarət alıb

media-ads_728_90

İsrailin şimalında, Livan sərhədi yaxınlığındakı Neot Mordexay ərazisində partlamamış sursatın detonasiya etməsi nəticəsində təxminən 12 turist xəsarət alıb.

“TV1” xəbər verir ki, xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlarda hadisənin səbəbinin partlamamış hərbi sursat ola biləcəyi qeyd olunur.

Hadisə yerinə tibbi yardım briqadaları və təhlükəsizlik qüvvələri cəlb edilib. Polis və istehkam mütəxəssisləri partlayışın səbəblərini araşdırır.

Partlayışın dəqiq səbəbi ilə bağlı rəsmi araşdırma davam edir.

media-ads_728_90
Paylaş