Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir

media-ads_728_90

Oktyabrın 12-də Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə Azərbaycan-Kamboca biznes forumu keçirilir.

“TV1” xəbər verir ki, forum çərçivəsində Azərbaycanın nümayəndəsi Yusif Abdullayevin, Kamboca Ticarət Palatasının prezidenti və ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Oknha Kith Mengin, Kambocanın ticarət naziri Çam Nimulun, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Kambocanın Baş naziri Hun Manetin çıxışları nəzərdə tutulub.

Həmçinin Kambocanın investisiya imkanlarının təqdimatı keçiriləcək.

Tədbir çərçivəsində, o cümlədən Kamboca Ticarət Palatası ilə Azərbaycan Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumunun imzalanması da daxil olmaqla, sənədlərin mübadiləsi nəzərdə tutulub.

Bundan əlavə, hər iki ölkənin nümayəndələri biznes və investisiya imkanlarını təqdim edəcək, daha sonra sahibkarlar arasında ikitərəfli görüşlər (B2B) keçiriləcək.

media-ads_728_90
Paylaş