Azərbaycan XİN Sudan və Kubanı Milli Gün münasibətilə təbrik edib

media-ads_728_90

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı bu ölkənin Milli Günü münasibətilə təbrik edib.

“TV1” xəbər verir ki, müvafiq paylaşım XİN-in “X” sosial media hesabında yerləşdirilib.

“Sudan xalqını və hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik. Milli Gününüz mübarək, Sudan!” – paylaşımda bildirilib.

Azərbaycan XİN Kubanın da Milli Günü münasibətilə paylaşım edib.

“Kubanın xalqını və hökumətini Milli Gün münasibətilə ürəkdən təbrik edirik. Milli Gününüz mübarək, Kuba!” – paylaşımda vurğulanıb.

media-ads_728_90
Paylaş