Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 10 vaqon gübrə “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınıb.
10:30
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat paylaşıb.
Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.
Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.








