Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçib

media-ads_728_90

Bu il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.

“TV1” xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən il sentyabrın 1-nə nisbətən 15,7 % çoxdur.

Avqustda ölkənin strateji valyuta ehtiyatları 3 milyard 954,8 milyon ABŞ dolları artıb.

2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.

 

media-ads_728_90
Paylaş