Paytaxtda 18 yaşlı gənc faciəli şəkildə ölüb
Bakıda 18 yaşlı gənc faciəli şəkildə ölüb.
“TV1” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, iyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.