Bakıda Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilir
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilir.
“TV1” xəbər verir ki, toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov, Türkiyə tərəfdən ölkənin vitse-prezidenti Cevdet Yılmaz sədrlik edir.
İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfi və ticarətin asanlaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.








