media-1200x100

Bakıda baş verən ağır qəzanın anbaan GÖRÜNTÜSÜ

media-ads_728_90

Bakıda yol hərəkəti qaydalarının pozulması qəza ilə nəticələnib.

“TV1” xəbər verir ki, hadisə nəzarət kamerası tərəfindən qeydə alınıb.

Belə ki, yol-nəqliyyat hadisəsi Xəqani Rüstəmov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində baş verib.

“Mitsubişi Pajero” markalı avtomobilin sürücüsü yolayrıcında sola dönən zaman, qarşıdan düzünə hərəkətdə olan VAZ markalı avtomobillə toqquşub.

Güclü zərbənin təsirindən VAZ markalı avtomobil aşıb və yol kənarında yerləşən işıqforu yararsız vəziyyətə salıb. Hadisə nəticəsində həm avtomobillərə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib.

media-ads_728_90
Paylaş