ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü

media-ads_728_90

ABŞ-nin Florida ştatında “Learjet 60” özəl biznes təyyarəsi qəzaya uğrayıb.

“TV1” xəbər verir ki, bu barədə “Associated Press”in yaydığı məlumatda bildirilib.

Məlumata görə,  Qrineykers şəhəri ərazisində yerə çırpılan təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub.

Texasda yerləşən Ostin-Berqstrom beynəlxalq hava limanından havaya qalxan təyyarənin Baham adalarına uçduğu bildirilir. Məlumata görə, təyyarə yerə çırpıldıqdan sonra güclü yanğın baş verib.

Hadisənin hansı şəraitdə baş verdiyi və səbəbi araşdırılır.

media-ads_728_90
Paylaş