Paris od içində - Fransada iğtişaşlar davam edir
Fransada oktyabrın 31-də keçirilən etiraz aksiyaları zamanı 565 nəfər saxlanılıb.
“TV1” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis prefekturasının məlumatına görə, etiraz aksiyalarının üçüncü mərhələsində ölkə üzrə 320 min nəfər iştirak edib, onlardan 70 mini Parisdə aksiya keçirib.
Qeyd edək ki, Fransada Makron diktaturasına qarşı aksiyaların üçüncü həftəsidir. Təhlükəsizliyi təmin etmək üçün 70 min polis və jandarm əməkdaşı və xüsusi bölmələr səfərbər olunub. Aksiyalar Paris, Lion, Marsel, Qrenobl, Tuluza, Renn və Nant şəhərlərində keçirilib.
Lion və Qrenoblda polis gözyaşardıcı qazdan istifadə edib. Marseldə nümayişçilər polisə səki daşları atıb, Parisdə isə polis əməkdaşına partlayıcı vasitə atılması barədə məlumat yayılıb. Polis əməkdaşının yüngül xəsarət aldığı bildirilib.
Aksiyalarda məktəblilər, tələbələr, müəllimlər, həmkarlar ittifaqları və “Sarı jiletlilər” hərəkatının tərəfdarları iştirak edirlər. Onlar təhsil sisteminin maliyyələşdirilməsini, əməkhaqlarının artırılmasını və yaşayış xərclərinin azaldılmasını tələb edirlər.
Fransanın daxili işlər naziri Loran Nunyez bildirib ki, aksiya öncəsi ölkə üzrə 40 min yoxlama aparılıb. Onlardan 15 mini Paris aqlomerasiyasında həyata keçirilib.








