Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

media-ads_728_90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını qarşılamaq üçün 7-10 noyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.

“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Həmin günlər qatar Bakıdan Ağstafaya saat 09:20-də, əks istiqamətdə isə saat 17:15-də hərəkət edəcək.

“Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz”, – məlumatda qeyd olunub.

 

media-ads_728_90
Paylaş