Almaniyada etirazlar zamanı 100-dən çox polis yaralanıb, mağazalar talan edilib

media-ads_728_90

Almaniyanın Frankfurt-Mayn şəhərində gecə saatlarında baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı xəsarət alıb.

“TV1” xəbər verir ki,  DPA-nın yaydığı məlumata görə, bu barədə Hessen federal torpağının daxili işlər naziri Roman Posek məlumat verib.

Polisin məlumatına görə, 13-29 yaş aralığında olan gənclər və yeniyetmələr də daxil olmaqla, 54 nəfər saxlanılıb. İğtişaşçılar 17 mağazaya ziyan vurub, daha beş ticarət obyektini isə qarət ediblər.

media-ads_728_90
Paylaş