Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Bakıda noyabrın 21-22-də Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək.
“TV1” “news.am”a istinadən xəbər verir ki, məlumata əsasən, ekspertlər İrəvan-Bakı marşrutu üzrə çarter reysi ilə Azərbaycana gələcəklər.
“Dəyirmi masada iştirak Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları aktivləşdirəcək və etimadın qurulması üçün mexanizmlər yaradacaq”, – deyə məlumatda qeyd olunub.








