Bakıda İsrail və Suriya nümayəndələrinin görüşü keçiriləcək

media-ads_728_90

Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüşü keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə “Sky News Arabia” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl, sentyabrın 17-də Londonda İsrailin strateji planlaşma naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.

Danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edəcək. Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.

media-ads_728_90
Paylaş