Baş nazir: İsrail çəkilməsə, Livan heç bir müqavilə imzalamayacaq
İsrail ordusu ərazimizi tam şəkildə tərk etməsə, Livan heç bir razılaşma imzalamayacaq.
“TV1” xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam “Washington Post“ qəzetinə müsahibəsində deyib.
“Biz dırnaqarası bufer zona, İsrail ordusunun varlığı və əhalinin yaşadıqları yerə qayıda bilməməsi reallığı ilə yaşaya bilmərik”, – Baş nazir vurğulayıb.
O, ABŞ-ın İsrailə təsir gücünə malik olduğunu və atəşkəsin bərqərar olmasında rəsmi Vaşinqtonun kritik rolu olduğunu bildirib: “Ümid edirik ki, ABŞ bu təsir gücündən istifadə etməyə davam edəcək”.
Qeyd edək ki, bu gün Vaşinqtonda İsrail və Livan arasında danışıqlar baş tutacaq.








