Batumidən uçan təyyarə Rizedə dənizə düşdü

media-ads_728_90

Gürcüstandan havaya qalxan yüngülmühərrikli təyyarə Türkiyənin Rize vilayətində dənizə təcili eniş edib.

“TV1”  “TRT1”ə istinadən xəbər verir ki, “Aerospool WT-9 Dynamic” tipli təyyarə Batumidən havaya qalxıb və göyərtəsində 2 nəfər olub.

Onların Belçika vətəndaşları olduğu və xilas edildikləri bildirilib. Sahilə çıxarıldıqdan sonra xəstəxanaya aparılan həmin şəxslərin vəziyyəti açıqlanmayıb.

media-ads_728_90
Paylaş