Bayraqdarın ilk sınağı - Paris-2024
Bu gün Azərbaycan millisinin daha bir boksçusu Paris-2024 Yay Olimpiya Oyunlarına start verəcək.
“TV1” xəbər verir ki, Məhəmməd Abdullayev mübarizəyə qoşulacaq.
Yığmamızın açılış mərasimindəki bayraqdarı +92 kq çəkidə ilk döyüşünü keçirəcək. O, 1/8 finalda qüvvəsini sınayacaq. Abdullayevin Fransa paytaxtındakı ilk rəqibi Nelvi Tiafak (Almaniya) olacaq. Görüş Bakı vaxtı ilə 14:52-də başlayacaq.
Qeyd edək ki, boks yığmamız Paris-2024-də beş idmançı ilə təmsil olunur. Onlardan biri Alfonso Dominqes artıq 1/4 finala adlayıb, digərləri isə ilk döyüşlərini gözləyirlər.