BDYPİ: “Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəbətrafı ərazilərdə hərəkətin təşkilinə nəzarət gücləndirilib.

media-ads_728_90

Yeni tədris ilinin başlanması ərəfəsində BDYPİ-nin “Siqnal” İdarəsi regionlarda fəaliyyətini gücləndirib.

“TV1” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Əsasən, avtomagistralların kənarında yerləşən təhsil müəssisələrinin ətrafında, həmçinin məktəblilərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə texniki nizamlama vasitələrinin sazlığının nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

İdarənin regional qurumları tərəfindən Qazax, Lənkəran, Şəki, Zaqatala, Gəncə, Mingəçevir, Ağdaş, Tovuz, Qusar, Quba, Biləsuvar və bir sıra digər şəhər və rayonlarda artıq müvafiq monitorinqlər aparılıb, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqfor obyektlərinin iş rejimi nəzarətdə saxlanılmaqla, qurğulara texniki qulluq göstərilməsi, sıradan çıxan hissələrin yenisi ilə əvəz olunması işi davam etdirilir.

media-ads_728_90
Paylaş