BƏƏ hava məkanını bağladı - İrandan gələn hücumlar...

media-ads_728_90

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava məkanının tamamilə bağlandığını elan edib.

“TV1” xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Qurum hava məkanının bağlanmasını uçuşların və təyyarə heyətlərinin təhlükəsizliyini təmin etmək, eləcə də “regional təhlükəsizlik sahəsində sürətlə dəyişən hadisələr” fonunda ölkə ərazisini qorumaq məqsədi daşıyan “müstəsna ehtiyat tədbiri” kimi qiymətləndirib.

Qeyd edək ki, bundan əvvəl BƏƏ Müdafiə Nazirliyi bu addımın İran tərəfindən mümkün yeni hücum dalğasına cavab olduğunu bildirmişdi.

Məlumata görə, bazar ertəsi Dubay Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatının aeroport yaxınlığındakı yanacaq çəninə zərər vurmasından sonra fəaliyyətini müvəqqəti dayandırıb. Hadisə nəticəsində yanğın baş versə də, sonradan alov söndürülüb. Xəsarət alan olmayıb.

media-ads_728_90
Paylaş