Berlində qatarlarda qadınlar üçün ayrı vaqonlar quraşdırılacaq - Təhlükə riski yüksəkdir
Berlində sərnişin qatarlarında, həmçinin ictmai nəqliyyatda qadınlar üçün ayrıca vaqonların quraşdırılması təklifi irəli sürülüb.
“TV1” xəbər verir ki, belə bir təkliflə “Yaşıllar” fraksiyasını Palatada təmsil edən deputat Antye Kapek çıxış edib.
O bildirib ki, son 10 ildə ictimai nəqliyyatda seksual cinayətlərin sayı 3,6 dəfə artıb.
Deputat həmçinin Yaponiyadan nümunə gətirərək qeyd edib ki, bu ölkədə ictimai nəqliyyatda səhər saat 10:00-da, eləcə də saat 17:00-dan 21:00-a qadınlar üçün xüsusi olaraq vaqonlar ayrılır.