Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin tərkibi genişlənib

media-ads_728_90

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin tərkibi dəyişdirilib.

“TV1”  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, İdarə Heyətinin tərkibi 3 üzvdən 4 üzvə artılır.

İdarə Heyəti Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun 3 müavinindən ibarət olacaq.

media-ads_728_90
Paylaş