media-1200x100

Bəzi bölgələrə leysan yağır - FAKTİKİ HAVA 

media-ads_728_90

Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-u saat 16:30-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Daşkəsən, Gədəbəy, Göygöl, İsmayıllı, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Balakən, Qobustan, Tərtər, Biləsuvar, Lerikdə isə yağıntılar leysan xarakterli olub. Daşkəsən, Göygöl, Şəmkir, Göyçay, Lerikdə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 28, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti olub.

media-ads_728_90
Paylaş