media-1200x100

Bəzi çaylardan sel keçir

media-ads_728_90

Ölkənin əksər bölgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda bir neçə çaydan sel keçir.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, hazırda Samux rayon ərazisindən axan Qabırrıçaydan, Göygöl və Samux rayon ərazilərindən axan Qoşqarçaydan, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Tovuz rayon ərazisindən axan Zəyəmçaydan, Göygöl rayon ərazisindən axan Kürəkçaydan, Balakən rayonu ərazisindən axan Balakənçaydan sel keçir.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev isə bildirib ki, ötən gün ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində gecə saatlarında Tovuz rayonu ərazisindən axan Axıncaçayda da suyun səviyyəsi artaraq selin baş verməsinə səbəb olub.

media-ads_728_90
Paylaş