Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb - VİDEO

media-ads_728_90

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən və Səxavət Sərdər oğlu Qaragözova məxsus olan çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

“TV1” xəbər verir ki,bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, aparılan yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu müəyyən edilib.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisənin sahibi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

media-ads_728_90
Paylaş