BMT-nin Bakı nümayəndəliyi Azərbaycan xalqını təbrik edib
BMT-nin Bakı nümayəndəliyi Azərbaycanı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
“TV1” xəbər verir ki, müvafiq təbrik təşkilatın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“BMT-nin Azərbaycandakı nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini ifadə edir! Qarşıdan gələn ildə sülh, rifah və yeni ümidlər arzulayırıq”, – BMT-nin yazısında deyilir.








