Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfərini etdiklərini bildirib.
“TV1” xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.
“Son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurda gözlərimiz önündə baş verən diqqətəlayiq və nümunəvi transformasiyanın şahidi olmuşuq. Bu gün bu torpaqlar əsl intibah dövrünü yaşayır”, – deyə paylaşımda qeyd olunub.
Hikmət Hacıyev bildirib ki, hər səfər zamanı yenidənqurma və inkişaf sahəsində yeni nailiyyətlər, eləcə də bu ərazilərə həyatın tədricən qayıtması müşahidə olunur.
This marks our 22nd visit to Karabakh together with the diplomatic corps.
Over the past six years, we have witnessed the remarkable and exemplary transformation of Karabakh and Eastern Zangezur unfolding before our eyes. Today, these lands are experiencing a true renaissance.
With every visit, we see new achievements in reconstruction and development, and the steady return of life to these lands.
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 11, 2026








