media-1200x100

Bu reyslərə həftəsonu əlavə qatar reysləri təyin edilib

media-ads_728_90

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin tələbatını təmin etmək məqsədilə 3-4 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

“TV1” bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan, “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd edilib.

media-ads_728_90
Paylaş