Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt"a son dəqiqədə vurduğu qolla qalib gəlib - YENİLƏNİB/VİDEO
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda “Ayntraxt” (Almaniya) ilə qarşılaşıb.
“TV1” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində isə Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. “Köhlən atlar”a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu – VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin “Liverpul” kollektivinin qonağı olacaq.
22:55
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyunu keçirlir.
“TV1” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.








