Ceyhun Bayramov İtaliyaya rəsmi səfərə yola düşüb

media-ads_728_90

Noyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb.

“TV1” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində noyabrın 25-27-də nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşləri, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

media-ads_728_90
Paylaş