Çində kömür mədənində qəza olub - Ölənlərin sayı 82-yə çatıb

media-ads_728_90

Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 82-yə çatıb.

“TV1” xəbər verir ki, son məlumata görə 9 nəfər hələ də itkin hesab olunur.

123 nəfər xəstəxanaya yerləşdirilib. Xilasetmə və axtarış işlərinə 755 nəfər cəlb olunub.

Hadisə yerində axtarış işləri davam edir.

Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib. Hadisə baş verən vaxt mədəndə 247 nəfər işləyirmiş. Xilasedicilər 201 nəfəri təxliyə edib.

media-ads_728_90
Paylaş