Çində yanan gəmidə azı 20 nəfər ölüb
Çinin Çindao şəhərindəki gəmiqayırma zavodunda təmir edilən xarici yük gəmisində baş verən güclü yanğın nəticəsində azı 20 nəfər ölüb.
“TV1” xəbər verir ki, yanğın yerli vaxtla saat 11:15-də başlayıb. Həmin vaxt gəmidə 42 nəfər olub. Açıq sahədə yanğın 14:30-da nəzarət altına alınıb. Gəmidəki işçilərdən 12-si təxliyə edilib, 5-i xəsarət alıb. İtkin düşən 25 nəfərdən 20-nin meyiti tapılıb. Digərlərinin axtarışları davam edir.








