COP 29-un yekunlarına dair razılığa gələcəyimizə ümid edirəm - BMT nümayəndəsi
“COP 29-da iştirak etmək üçün 77 mindən çox insan qeydiyyatdan keçib. Onların 70%-i aktiv şəkildə COP 29-da iştirak ediblər”.
“TV1” xəbər veriri ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyası təşkilatının Katibliyinin (UNFCCC) proqramların koordinasiyası üzrə meneceri Niklas Svenningsen “Gələcəyi qurulması: Azərbaycanda və dünyada COP 29-un mirası” mövzusunda keçirilən tədbirdə deyib.
“Hesab edirəm ki, Dubayda keçirilən COP 28-dən sonra ikinci ən böyük COP tədbiri Bakıda baş tutdu. Bundan əvvəlki COP təşkilatçılarının tədbirə hazırlaşmaq üçün 2-3 il vaxtları olub. Lakin Azərbaycanın COP tədbirinə hazırlaşmaq üçün 10 ay vaxtı olub. Bu kiçik zaman ərzində ərsəyə gələn tədbir heyrətamizdir. Bunun üçün Azərbaycan hökumətini təbrik edirəm. COP 29-da 400-ə yaxın müşahidəçi, 200-ə yaxın təşkilat iştirak edib”, – deyə o bildirib.
Niklas Svenningsenin sözlərinə görə, COP 29-un yekunlarına dair qərarlar ancaq yekdilliklə qəbul edilə bilər:
“Hesab edirəm ki, biz qısa müddət ərzində – sabaha qədər, bəlkə də daha uzun müddətə razılığa gələ biləcəyik. Ancaq ümid edirəm ki, bu günü başa vuracağıq”.