COP-la bağlı müxtəlif ölkələrdən 400-dən çox gənc Azərbaycanda toplaşacaq
COP29-un baş turmasına 22 gün qalıb və COP öncəsi son hazırlıqlar görülür.
“TV1” xəbər verir ki, bu barədə “Uniform Distribution and Accreditation Center”in (UDAC) açılış mərasimində COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gənclərin tədbirdə rolu və iştirakı maksimum səviyyədə olacaq. Həm bu konfransda, COP-29-dan öncə baş tutacaq Gənclər Konfransı (COY19) ilə bağlı dünyanın müxtəlif ölkələrindən 400 nəfərdən çox gənc Azərbaycanda toplaşacaq.
Qeyd olunub ki, Gənclər konfransının qərarı COP29-un Katibliyinə də təqdim ediləcək ki, tədbirin yekun sənədində məhz gənclərin də rəyi nəzərə alınsın.