media-1200x100

COP29-da Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizi üzrə ilkin nəticələr elan ediləcək 

media-ads_728_90

“Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələri noyabrda, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində elan ediləcək”.

“TV1” xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji əməkdaşlıq haqqında hökümətlərarası sazişin tezliklə imzalanması nəzərdə tutulub.

media-ads_728_90
Paylaş