media-1200x100

COP29-la bağlı Çağrı Mərkəzi yaradılacaq

media-ads_728_90

“Noyabrdan etibarən biz xüsusi çağrı mərkəzinin yaradılmasını da planlaşdırmışıq”.

“TV1” xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bu, COP tədbirləri tarixində ilk dəfə baş tutacaq:

“Belə ki, xüsusi çağrı mərkəzinin sırf bu tədbir üçün yaradılması məhz ilk dəfə baş tutacaq. Həmin çağrı mərkəzi vasitəsilə tədbir iştirakçıları və şəhərimizin ziyarətçiləri tədbirlərlə bağlı hər hansı sualları olduqda oraya müraciət edərək birbaşa olaraq məlumatı əldə edə biləcəklər”,- deyə o vurğulayıb.

media-ads_728_90
Paylaş