media-1200x100

COP29-la bağlı daha bir xüsusi rəqəmsal xəritə yaradılıb

media-ads_728_90

“Bakı Olimpiya Stadionunun (BOS) ətrafında yeni yaradılmış məkanların ziyarətçilər və tədbir iştirakçıları tərəfindən rahat tapılması üçün rəqəmsal xəritə yaradılıb”.

“TV1” xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, şəhərdən kənar və COP29-un keçiriləcəyi məkanın özündə də müəyyən naviqasiya həllərinin yaradılmasında işlər davam edir:

“Tədbir məkanının ətrafında, yəni Bakı Olimpiya Stadionunun (BOS) ərazisində çoxlu sayda müvəqqəti tikililər yaradılıb. Konfrans zalları o məkanlarda yerləşəcək. Yeni yaradılmış məkanların rahat şəkildə ziyarətçilər və tədbir iştirakçıları tərəfindən rahat tapılması üçün rəqəmsal xəritə yaradılıb. Həmin rəqəmsal xəritə vasitəsilə tədbir iştirakçıları rahatlıqla A nöqtəsindən B nöqtəsindəki məkana rahatlıqla çata biləcəklər. Məsələn, həmin xəritə vasitəsilə onlar BOS-un girişindən hər hansı bir iclas otağının harada yerləşdiyini görə və rahat şəkildə tapa biləcəklər”.

media-ads_728_90
Paylaş