media-1200x100

COP29: Mavi Zona üzrə 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

media-ads_728_90

“COP29 konfransı istər yerli, istərsə də beynəlxalq medianın kifayət qədər diqqət mərkəzindədir. İndiyədək təqribən 3 minə yaxın yerli və beynəlxalq media nümayəndəsi Mavi Zona üzrə qeydiyyatdan keçib”.

“TV1” xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf jurnalistlərə müsahibəsində deyib.

A.Nəcəf bildirib ki, bu gün BMT-nin Mavi Zona üzrə media akkreditasiyası artıq tamamlanır.

“Eləcə də bir müddət öncə COP Sədrliyi tərəfindən media nümayəndələrinin Yaşıl Zona üçün akkreditasiyası başlamışdı. Həmin qeydiyyat oktyabrın sonunda yekunlaşacaq. Yaşıl Zona üzrə 150-yə yaxın müraciət qeydə alınıb”, – deyə o bildirib.

media-ads_728_90
Paylaş