COP30-da baş verən yanğın nəticəsində 13 nəfər zəhərlənib - YENİLƏNİB
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim sammitindəki (COP30) yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib.
“TV1” bu barədə Associated Press”ə istinadən xəbər verir.
Konfrans nümayəndələrinin məlumatına görə, zərərçəkənlərə tibbi yardım göstərilib. Sammitin keçirildiyi məkan təxminən yeddi saat bağlı qalıb, seksiya və danışıqların işi tamamilə dayandırılıb.
Braziliyanın turizm naziri Selsu Sabino bildirib ki, yanğın Çin pavilyonunun yaxınlığında başlayıb. Para ştatının qubernatoru Elder Barbalo hadisənin generator nasazlığı və ya qısaqapanma səbəbindən baş verməsini ehtimal edib.
Qeyd edək ki, Braziliyada COP30 konfransında yanğın zamanı Azərbaycan nümayəndə heyətindən xəsarət alan olmayıb.
*** ***
22:12
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim konfransında yanğın baş verib, rəsmi tədbirlərin keçirildiyi binalardan biri alovlanıb.
“TV1” xəbər verir ki, bu barədə Braziliyanın turizm naziri Selso Sabinuya istinadla “G1” portalı məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alan yoxdur, vəziyyət nəzarət altındadır. Hadisə yerində olan konfrans iştirakçıları təxliyə edilib.
COP30 iqlim konfransı Braziliyanın Para ştatının şimalında yerləşən Belem şəhərində 10–21 noyabr tarixlərində keçirilir.








