media-1200x100

Cüdoçumuz 1/8 finalı gözləyir - Paris-2024

media-ads_728_90

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.

“TV1” xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir cüdoçusu tatamiyə çıxacaq.

Yığmamızın lideri Hidayət Heydərov 73 kq çəkidə mübarizə aparacaq. Bu il dünya və Avropa çempionu olan idmançımız qızıl “het-trik”lə Parisdəki ilk medalımızı qazanmağa çalışacaq.

Kişilər
73 kq

Dünya reytinqinin birincisi olan Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayacaq. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verəcək. Cüdoçuların mübarizəsi Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadada 9 idmançı ilə təmsil olunur. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.

media-ads_728_90
Paylaş