media-1200x100

Danimarka Arktikanın müdafiə xərclərini 2 milyard dollardan çox artırır

media-ads_728_90

Ötən gün Danimarka ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya nəzarətdə marağını təzələdikdən sonra Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün 14,6 milyard Danimarka kronu (2,05 milyard dollar) xərcləyəcəyini bildirib. Bu ada yarı muxtar Danimarka ərazisidir.

“TV1”  “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Tramp bildirib ki, Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir və Danimarka strateji Arktika adasına nəzarətdən əl çəkməlidir.

Müdafiə xərclərinin on ildən çox kəskin şəkildə kəsilməsindən sonra Danimarka keçən il növbəti 10 il ərzində hərbi xərclərə 190 milyard Danimarka kronu (26 milyard dollar) ayırdı ki, bunun da bir hissəsi Arktika ərazilərinin müdafiəsinə yönəlib.

Qeyd edək ki, Danimarka Qrenlandiyanın təhlükəsizliyinə və müdafiəsinə cavabdehdir, lakin adada məhdud hərbi imkanlara malikdir. Danimarka hazırda dörd köhnəlmiş yoxlama gəmisi, bir “Challenger” müşahidə təyyarəsi və 12 xizək iti patrulunu idarə edir. Bu vasitələrlə Danimarka Fransadan dörd dəfə böyük əraziyə nəzarət edir.

media-ads_728_90
Paylaş