Sərnişinlər bu hallarda qatardan KƏNARLAŞDIRILACAQ
Sərnişinin qatardan hansı hallarda düşürülə biləcəyi açıqlanıb.
“TV1” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nda əksini tapıb.
Qaydada qeyd edilib ki, biletsiz şəxs gediş haqqını ödəməkdən imtina etdiyi halda daşıyıcının nümayəndəsi tərəfindən növbəti stansiyada və ya dayanacaq məntəqəsində qatardan düşürdülür.
Qeyd edilib ki, sərnişinin aşağıdakı hallarda qatar səfəri yekunlaşdırıla bilər:
Polis tərəfindən – qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını və ictimai qaydaları pozaraq digər sərnişinlərin təhlükəsiz daşınmasına maneə törətdikdə və onlar üçün narahatlıq yaratdıqda,
Tibb işçiləri tərəfindən – sərnişinin xəstəliyi ilə əlaqədar səfərini davam etdirməsi mümkün olmadığı və digər sərnişinlərin sağlamlığına təhlükə yaratdığı hallarda, həmçinin, qanunvericiliyə uyğun digər hallarda.