Donald Tramp hər bir amerikalıya respublikaçıların qələbəsi müqabilində 5 min dollar təklif edir
3 noyabrda keçiriləcək həlledici ara seçkilərinə iki aydan az vaxt qalmış ABŞ prezidenti Donald Tramp seçicilərə birbaşa maliyyə qazancı vəd edən əlamətdar bir addım atdı.
“TV1” “Haber Global” a istinadən xəbər verir ki, Dallasda keçirilən Respublikaçılar Partiyasının qurultayında Tramp, partiyasının həm Nümayəndələr Palatasında, həm də Senatda qalib gələcəyi təqdirdə ABŞ-dakı hər bir yetkinə 5000 dollar verəcəyini açıqlayıb
” Əgər Respublikaçılar qalib gələrsə, siz də bizimlə birlikdə qalib gələcəksiniz”, – deyə Tramp ödənişi “Tramp Dividendi” adlandırıb. O, həmçinin pulun ABŞ daxilində xərclənməli olduğunu bildirib.








