COP29-da iştirak edəcək qonaqlar üçün tanıtım səfərləri təşkil ediləcək
Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək qonaqlar üçün tanıtım səfərləri təşkil ediləcək.
“TV1” xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi (DTA) hazırlıqlara başlayıb.
Məlumata görə, qonaqların Bakı və rayonlarda muzeylərə, teatr, opera, qalereya, ekoparklara ziyarəti planlaşdırılır. Bundan başqa, qonaqların şərab zavoduna səyahəti və Azərbaycan şərabının dequstasiyası təşkil ediləcək. Bununla bağlı DTA müsabiqə keçirir və sentyabrın 16-da təşkilatçı şirkətin müəyyən edilməsi gözlənilir.
Xatırladaq ki, COP29 bu il noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.