media-1200x100

Durova qarşı “gizli kibertəhlükəsizlik qanunu” tətbiq edilib

media-ads_728_90

Fransanın hakimiyyət orqanları “Telegram”ın təsisçisi Pavel Durova qarşı məhkəmə işində “gizli kibertəhlükəsizlik qanunu”ndan istifadə edib.

“TV1” xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” qəzetinin dərc etdiyi məlumatda yer alıb.

Qəzetin yazdığına görə, Pavel Durova qarşı irəli sürülən altı ittihamın ikisi üçün 2004-cü ilin qanunu əsas götürülüb. Bu qanuna görə, kriptoqrafiya xidmətləri təqdim edən şirkətlər Fransa Kiber Təhlükəsizlik Agentliyinə (ANSSI) “kriptoqrafik alətin texniki xüsusiyyətləri” haqqında məlumat verməli və proqram təminatının mənbə kodunu təqdim etməlidir.

Qeyd edilir ki, bu iki ittiham digərləri fonunda “gözlənilməz” görünür. Digər ittihamlar Pavel Durovu qanunsuz kontentin yayılmasında günahlandırır. Həmçinin şifrələmədən “WhatsApp”, “Signal”, “iMessage” də daxil olmaqla bir çox digər tətbiqlər istifadə edir. Lakin 2004-cü ildən bəri Fransa “gizli kibertəhlükəsizlik qanunu” tətbiq etməyib.

Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

media-ads_728_90
Paylaş